KRİMİNAL 2020.09.17 13:50

Navalnını oteldə zəhərləyiblər?

19

Rusiya müxalifətinin lideri, bloger Aleksey Navalnının tərəfdarları onun Tomskdakı otel otağında zəhərləndiyini bildiriblər.
Rusiya mətbuatına  xəbər verir ki, alman mütəxəssislərin “Noviçok” qrupundan olan zəhərli maddənin izlərini tapdıqları iddia edilən su butulkası Navalnının Tomskdakı otel otağından götürülüb.

Müxalifətçinin tərəfdarları iddial edirlər ki, Navalnının səhhətinin pisləşməsi ilə bağlı məlumat yayıldıqdan bir saat sonra otağa baxılıb və onun təmasda ola biləcəyi bütün əşyalar araşdırılıb.

Qeyd edək ki, avqustun 20-də Navalnının olduğu təyyarə Omskda təcili eniş edib və bloger xəstəxanaya aparılıb. Hazırda o, Almaniyadadır, süni komadan çıxarılıb. Almaniyalı həkimlər onun “Noviçok” qrupundan olan zəhərli maddədən zəhərləndyini bildiriblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı