KRİMİNAL 2020.09.17 15:19

Naxçıvanda qanunsuz yaşayan 3 əcnəbi aşkarlanıb

19

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər avqust ayında da davam etdirilib.
ötən ay Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Dövlət Miqrasiya Xidmətinə daxil olan 325 müraciətdən 99-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olubdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 226 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 49-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilibdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı