ƏSAS SƏHİFƏ

NAZİRLİK QHT-LƏR ÜÇÜN MÜSABİQƏ ELAN EDİR

787

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Yevlax)”“Sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşalqarın (küçə uşaqları) sosial reabilitasiyası” adlı müsabiqələr keçirir.

“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Yevlax)” adlı müsabiqənin keçirilməsində əsas məqsəd 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq baxçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətləri göstərəcək Mərkəzlərin fəaliyyətinin təşkili, həmin uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, həmin uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, Mərkəzə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi, Mərkəzlərin işçilərinə təlimlərin keçirilməsi, çətin həyat şəraitində olan ailələrin Mərkəzlərin fəaliyyəti haqqında məlumatlandırılması və onların sosial xidmətlərə çıxışının təmin edilməsi, 2015-ci il ərzində hər bir rayonda azı 30 uşağa günərzi xidmətlərin göstərilməsindən, “Sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşalqarın (küçə uşaqları) sosial reabilitasiyası” adlı müsabiqənin keçirilməsində əsas məqsəd isə sosial təhlükəli vəziyyətdə olan, baxımsız (küçə uşaqları) uşaqlar üçün sığınacaq və reabilitasiya xidmətlərinin göstərilməsi vasitəsilə uşaq alverinin və məcburi əməyin qarşısının alınması və ölkədə insan alveri və məcburi əməyin potensial və ehtimal olunan uşaq qurbanlarına hüquqi, sosial, tibbi və psixoloji yardımın göstərilməsindən ibarətdir.

İştirak haqqı yoxdur.

Müsabiqədə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplularını və texniki tapşırıqları əldə etmək üçün Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85 ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün təqdim ediləcək sənədlər aşağıdakılardır:

  • Təşkilatın ümumi meyarlara uyğunluğunu təsdiqləyən, onun tam adı, hüquqi statusu, rekvizitləri, nizamnaməsi, dövlət qeydiyyatı haqqında, uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamələri və əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi, lisenziyalar yaxud patentlər, şəhadətnamələr, sertifikatlar, diplomlar (notarial qaydada təsdiq edilməklə), müsabiqə qaydalarına Əlavələrə uyğun olaraq, göstərilən xidmətlərin siyahısı, texniki xüsusiyyətlərinin təsviri, sosial xidmət növü üzrə tam və ya qismən ixtisaslaşması, ən azı 3 illik iş təcrübəsi, son 3 il ərzində yerinə yetirdiyi xidmətlər və müqavilələr, həmçinin bu məlumatları əldə etmək məqsədi ilə müraciət edilə biləcək şəxslərin əlaqə məlumatları, sosial xidmət sifarişi üzrə müqavilənin yerinə yetirilməsinə rəhbərlik edən və texniki işləri yerinə yetirən işçilərin ixtisası və təcrübələri haqqında məlumat və onların müvafiq təlim proqramlarında iştirakını təsdiqləyən sənədlər (diplom və sertifikatların surətləri), təşkilatların qiymət təklifi; təklif edilən xidmət dəyərinin 2% həcmində bank təminatı (ən azı 60 bank günü qüvvədə olmalı), Azərbaycan Respublikasında vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarının arayışları, təşkilatın son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisi bəyannaməsi), təşkilatın son iki ildəki maliyyə vəziyyəti (dövriyyə) haqqında bank arayışı və müsabiqələrin əsas şərtlər toplularına Əlavələrə uyğun tələb olunan məlumatlar;

Müsabiqrdə iştirak edən təşkilatların təklifləri Salatın Əsgərova küçəsi 85 ünvanına 30 mart 2015-ci il saat 11.00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 30 mart 2015-ciil saat 15.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçiriləcəkdir.

Müsabiqənin nəticəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 330 nömrəli Qərarına uyğun olaraq rəsmiləşdirilir.

Müsabiqə komissiyası; Əlaqə telefonu: (012) 596-44-09

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı