BAXIŞ BUCAĞI 2020.05.02 14:22

Nazirliklərin mətbuat xidmətləri ləğv edilsin – TƏKLİF

183

Ölkə və dünya gündəmini koronavirus mövzusu zəbt etsə də Biləsuvarın icra başçısının həbs xəbərinin yayılması icra başçılarının, nazirlərin, onların yaxın ətrafındakı insanların, xüsusən də ictimaiyyətlə əlaqələrə cavabdeh olan şəxslərin təkəbbürlü, iddialı, saymayazyana, bəzən isə qanunazidd davranışlarını yenidən cəmiyyətin diqqətinə gətirib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da bu məqamları nəzərə alaraq bir sıra nazirliklərdə islahatlara ehtiyac olduğunu, lazımsız qurumların ləğvini səsləndirib. O təklif edib ki, nazirliklərin mətbuat xidmətləri bir struktur kimi ləğv edilsin, qurum rəhbərləri özləri media ilə birbaşa təmas quraraq lazımi açıqlamalarını versinlər.

Nazirə, komitə sədrinə qurumdakı ən yaxın adamlardan biri, ictimaiyyətlə onun arasında vasitəsçi olan şəxs mətbuat xidməti rəhbəridir. Onlar nazirlə, nazirliklə ictimaiyyət arasında yüksək səviyyələi əlaqələrin qurulmasına, görülən işlərin operativ, dəqiq şəkildə cəmiyyətə çatdırılmasına borcludurlar. Bu işin həyata keçirilməsi üçün media ilə sıx işbirliyi, jurnalistlərlə mehriban və səmimi münasibətlərin qurulması, onların yazılı və şifahi müraciətlərinin operativ cavablandırılması tələb olunur.

Təəssüf ki, əksər dövlət qurumlarının ictimaiyyətlə əlaqələrə cavabdeh olan şəxslərindən bu davranışı görmək olmur. Sosial şəbəkələrin və internetin hər şeyi əlçatan etdiyi, vətəndaş nəzarətini gücləndirdiyi bir məqamda dövlət qurumlarının ictimaiyyətlə əlaqələrə cavabdeh şəxslərinin iddialı, təkəbbürlü, özündənrazı davranışları, bəzən hətta aqressiv münasibəti toplumu, medianı daha da gərginləşdirir, haqlı iradlara və narazılıqlara səbəb olur. Hələ bu qurumlarda çalışan, rəhbər vəzifələri tutan xanımların hikkələrini sözlə ifadə etmək mümkün deyil. Anadolu türkləri demişkən “süslü-püslü” bu xanımların işi bilmirsən bəzənib-düzənməkdir, yoxsa vəzifə öhdəliklərini yerinə yetirərək insanlara informasiya vermək, doğru-dürüst bilgiləndirmək?

Necə deyərlə öz işinin öhdəsindən layiqincə gələ bilməyən ictimaiyyətlə əlaqələrə cavabdeh bu məsul şəxslər millət vəkili Siyavuş Novruzovun da haqlı iradlarına tuş olublar. Doğurdan da əgər üzərinə düşən vəzifəni düz-əməlli icra edə bilmirsənsə büdcəni yükləməyə, əlavə ştat tutumağa, struktur sayı artırmağa nə ehtiyac var? Verilən təklifdə də qeyd olunduğu kimi bu şatatları ləğv etmək lazımdır. Qoy nazirlər, onların müavinləri, idarə və şöbə rəsiləri özləri çıxıb jurnalistlərlə, xalqla birbaşa təmas quraraq fikirlərini çatdırsınlar. Həm büdcə əlavə yükdən azad olar, həm də ictimaiyyətlə əlaqələr şəffaflaşar, operativ və interaktiv əlaqə yaranar.

dialoq.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı