İQTİSADİYYAT 2020.03.25 12:20

Neftçalada 5 min hektardan çox sahədə pambıq əkiləcək

28

Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr Neftçalada uğurla icra olunur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 16 min 71 ton pambıq istehsal edən rayonun “ağ qızıl” istehsalçıları bu mövsüm məhsul istehsalını 18 min tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədə nail olmaq üçün əkinçilər 5 min 987 hektar sahədə şum aparıb, sahələrə kifayət qədər üzvi gübrə verib, arata qoyublar. Həmçinin 1311 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb, səpin üçün lazım olan bütün texnika baxışdan keçirilərək hazır vəziyyətə gətirilib. Kifayət qədər “Bəyaz Altun”, “Karlo Karizma”, “Gəncə 100”, “Gəncə 114” kimi yüksək reproduksiyalı toxum sortları tədarük olunub.

Hazırda çiyid səpiləcək sahələrdə malalama işlərinə hazırlıq görülür. Torpaqda normal temperatur yaranan kimi səpin kampaniyasına start veriləcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı