DÜNYA 2020.11.29 03:00

“Neftçi” “Zirə” ilə heç-heçə etdi

64

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. “Report”un məlumatına görə, turun ilk matçında “Neftçi” “Zirə”ni qəbul edib. “Bakcell Arena”dakı qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra “Zirə” 19-cu, “Neftçi” isə 18-ci xalını qazanıb. Qeyd edək ki, turun “Səbail” – “Qarabağ” və “Keşlə” – “Sabah” matçları noyabrın 29-da keçiriləcək. XI tura noyabrın 30-da “Sumqayıt” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı