DÜNYA 2020.01.24 17:07

Netanyahudan Zelenskiyə: İran bilirdi…

37

İran öz Silahlı Qüvvələrinin Ukrayna təyyarəsini vurduğunu həmin an bilirdi, amma bu informasiyanı gizlədirdi.

Bunu İsrail Baş naziri Benyamin Netanyahu Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı deyib.

“İran ilk andan bilirdi ki, onun qüvvələri sizin təyyarəni vurub. Onlar bunu gizlətməyə çalışdılar. Düşünürəm ki, bu rejimin nə olduğu haqqında çoxları bilir. Ümid edirəm ki, biz sizinlə sivilizasiyalarımız və ümumi gələcəyimizə təhdid olan rejimlər və qüvvələrlə necə mübarizə aparacağımızı müzakirə edəcəyik”, – deyə o bildirib.

Axar.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı