DÜNYA 2020.09.29 04:00

Niderland mediasında Ermənistanın Azərbaycana genişmiqyaslı hücumundan yazılıb

79

Niderlandın “haber.nl” portalında Azərbaycanın mövqeyini əks etdirən “İlham Əliyev: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni olaraq yerləşmək istəyir” başlıqlı məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev və Şuranın üzvü, “Beynəlxalq Azərbaycan Xanımları Klubunun” sədri Kəmalə Ceylinovanın qələmə aldıqları yazıda Ermənistanın 2020-ci il sentyabrın 27-də səhər saat 6.00-da bütün cəbhəboyu genişmiqyaslı hücuma keçərək, Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə artilleriya zərbələri endirməsi, mülki əhali və hərbçilər arasında itkilərin olması, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və işğaldan azad etmək məqsədilə işğalçı Ermənistan ordusuna layiqli cavab verməsi, xarici ölkələrin bu məsələyə münasibəti barədə ətraflı məlumatlar verilib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən “Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan işğal etdiyi torpaqlarımıza qeyri-qanuni olaraq yerləşməyə çalışır. Öz torpaqlarımızı müdafiə edirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirlərinə yer verilib

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı