CƏMİYYƏT 2020.10.11 14:00

Niyə məhz 72 saat?-“Görünür, bizim hökumət…”-Erkin Qədirli

23

“Biz tərəfdən atəşkəsin 72 saat sürəcəyi ilə bağlı söhbətin haradan qaynaqlandığını, nə üçün açıldığını, doğru olub-olmadığını bilmirəm. Hər halda bu haqda danışanlar və yazanlar var. Amma niyə məhz 72 saat olduğunu güman edə bilərəm”. Bunu özünün “facebook” səhifəsində Milli Məclisin üzvü Erkin Qədirli yazıb.

“Sabah, 12 oktyabr, AŞPA-nın Daimi Komitəsində Ermənistanla Azərbaycan arasında gedən döyüşlərin bölgə üçün təhlükələri müzakirə olunacaq (bunu daha öncə yazmışdım). Sabah həm də Minsk Qrupunun həmsədrləri Moskvada görüşəcəklər. Ermənistanın Xarici İşlər naziri də orada olacaq. Bizim nazirlə həmsədrlər oktyabrın 8-də Cenevrədə görüşmüşdülər.

Görünür bizim hökumət bu iki müzakirənin nəticələrini gözləyir, bu günlərdə hücuma keçməməklə barışa hazır olduğunu, eyni zamanda da sonrakı gedişata görə bütün məsuliyyətin Ermənistan tərəfində olacağını göstərməyə çalışır.

Elə sabah da atəşkəs anlaşmasının 3-cü günüdür və onun tamamında 72 saatlıq müddət bitmiş olur. Ordumuza eşq olsun!”-deyə, Erkin Qədirli qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı