Novruz çərşənbələrinin vaxtı açıqlandı

72
Bu il ölkəmizdə qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub. Azvision.az xəbər verir ki, ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə martın 16-na təsadüf edəcək.
Fevralın 23-də ilk – Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə sonuncu – Torpaq çərşənbəsi qeyd olunacaq.
