14 martda “Müasir İnkişaf” İctimai Birliyinin, Hindistanın Azərbaycandakı Səfirliyinin, Türk Evinin, Hindistan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakı Atatürk Liseyində Novruz bayramı və Holi
bayramı münasibətilə tədbir keçirilib.
Türk Evinin fəal üzvlərindən olan Deniz bəyin aparıcılığı ilə başlayan tədbirdə Hindistan, Holi bayramı, Novruz bayramı haqqında videolar göstərilib, mahnılar oxunub, rəqslər göstərilib.
Daha sonra “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü, Bakı Atatürk Liseyinin
müdiri Ali Devrim, Türk Evinin həmsədri Yalçın Sucu, Hindistan_Azərbaycan Dostluq Cəmiyyətinin və
Hindistanın Azərbaycandakı Səfirliyinin təmsilçiləri çıxış ediblər.
Maraqlı musiqi və rəqs təqdimatları ilə davam edən tədbirin sonunda Hindistan mətbəxinəaid yeməklər iştirakçılara təqdim olunub.
Ən sonda tədbirin gənclərdən ibarət olan qismi Liseyin həyətində Holi bayramnın mahiyyətinə uyğun olaraq bir birilərini rnglərə boyayıb, yazın gəlişini, təbiətin oyanmasını fərqli bir şəkildə qeyd ediblər.
