İQTİSADİYYAT 2020.11.21 13:15

Noyabr üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib

72

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi. Fonddan verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb. Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı