CƏMİYYƏT 2020.09.15 11:40

Nümunəvi dönərxanalar yaradılacaq

24

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yaradılacaq 20 dönərxana nümunəvi dönərxana kimi təqdim edilməlidir.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, dönərxana yaratmaq istəyənlər həmin dönərxanaları əyani şəkildə görməlidirlər: “Mətbuat nümayəndələri də həmin dönərxanalara dəvət ediləcək. Təkcə bu layihə çərçivəsində deyil, ümumiyyətlə, bütün iaşə müəssisələrində, hətta satış məntəqlərində qəbul edilən bütün heyvan mənşəli məhsullar baytarlıq müayinəsindən keçilməlidir. Heyvan mənşəli məhsullar xüsusi risk qrupuna daxildirlər. Ona görə də həmin məhsullara yanaşma da eynidir. Fərqi yoxdur ki, bu ət dönərxanada, ya başqa müəssisədədir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı