02-05 may 2015-ci il tarixində Bakı şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik iclası keçiriləcək. Beynəlxalq arenada respublikamızın nüfuzu üçün böyük əhəmiyyət kəsb edən tədbir bu günədək ölkəmizdə keçirilmiş konfranslar arasında ən iri miqyaslı tədbir olacaqdır.
Bu möhtəşəm tədbirdə 30 aprel – 06 may 2015-ci il tarixləri arasında fəaliyyət göstərmək üçün (ödənişli könüllü qismində) universitetimizdən 40 nəfər ingilis dilində sərbəst danışmağı bacaran və məsuliyyətli tələbə seçiləcəkdir. Seçiləcək tələbələrə icra etdiyi vəzifəsindən asılı olaraq 25-45 AZN arasında əmək haqqı ödəniləcək və onlar yeməklə təmin olunacaqlar. Tədbirlə əlaqədar müsahibədə iştirak etmək üçün CV-lərinizi[email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur. Elektron poçtun “subject” bölməsində CV-CEO sözünü yazmağı unutmayın.
CV-lərin son qəbul tarixi 7 aprel 2015-ci il tarixinə qədərdir.
Əlaqə telefonu: +99412 497 71 35, ADİU Karyera Mərkəzi
