KRİMİNAL 2019.09.06 13:23

Oğurluğa gedən maskalı şəxs ev sahibini bıçaqladı

71

Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girmiş maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı