KRİMİNAL 2020.09.17 15:07

Oğurluğa görə tutuldu, üstündən narkotik çıxdı

21

Paytaxtın Sabunçu rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, sentyabrın 13-də Sabunçu rayonu ərazisində S.İsmayılova məxsus velosipedi və skuteri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və M.Quliyev rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Şəxsi axtarış zamanı M.Quliyevdən heroin aşkarlanaraq götürülüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı