CƏMİYYƏT 2020.11.07 15:45

Ohanyanın yaxın dostu Qarabağda məhv edilib

30

Dağlıq Qarabağda gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın yaxın dostu məhv edilib. Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Ohanyanın yaxın dostlarından biri döyüşdə öldürülüb, digəri ağır yaralanıb. Onların adı açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Seyran Ohanyan və oğlu Artur Ohanyan Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı