MƏDƏNİYYƏT 2020.05.22 05:50

“Onu həbs etsəydilər də…” — Şeyx Əbdül Əbülfəs Qarayev haqqında Danışdı

58

Xalq artisti, rejissor-aktyor Şeyx Əbdül Mahmudov Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılmasından danışıb.

O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində Əbülfəs Qarayevlə olan münasibətini hər zaman qoruyub saxlayacağını deyib.

”Mən salam-kəlamımı heç kimlə vəzifəyə görə qurmamışam. Çünki, bu xüsusiyyət mənim xarakterimə uyğun deyil. Hətta Əbülfəs müəllimi işdən çıxarıb, həbs etsəydilər belə,ona, onun nəslinə olan isti münasibətim dəyişməyəcək. Çünki Əbülfəs Qarayev dahi bəstəkarımız Qara Qarayevin nəslindəndir. Azərbaycan sivil, demokratik dövlətdir. Əbülfəs müəllim Prezidentin sərəncamı ilə təyin edilib, onun sərəncamı ilə də vəzifəsindən azad edildi”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı