CƏMİYYƏT 2020.07.03 21:22

Operativ Qərargah karantin qaydalarını pozdu

127

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri karantin rejimi qaydalarını pozublar.

Qərargahın bu gün keçirdiyi bifinqdə iştirak edən Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov tibbi maskadan istifadə etməyiblər.

Onlar buna görə sosial şəbəkədə də tənqid ediliblər. Bildirilib ki, qapalı məkanlarda maska taxılması zəruridir. Xüsusi olaraq qeyd olunub ki, Prezident İlham Əliyev özü qapalı yerlərdə tibbi maskadan istifadə edir. Dövlət başçısı bununla bağlı bir neçə dəfə çağırış edib, vətəndaşları qaydalara riayət etməyə dəvət edib.

Pravda.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı