CƏMİYYƏT 2021.01.20 19:15

Operativ Qərargah adını doğrultmur

338

Müsahibimiz Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Prezidenti, Əməkdar idman xadimi Azər Həsənsoydur.

– Azər müəllim öncə Assosiasiyanız barədə qısa məlumat verərdiniz.
– Təşəkkür edirəm . Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası 1998 -ci ildə 4 federasiya, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmışdır. İlk illər ciddi fəaliyyətləri olsa da sonralar bir qədər zəifləmişdir. Daha sonra bir çox müraciətləri və mövcud durumu nəzərə alaraq Assosiasiyanı təkrar dövlət qeydiyyatından keçirdik və hazırda 13 federasiya və təşkilat Assosiasiyanın üzvləridirlər.
Son illər bir sıra böyük layihələr həyata keçirmişik. Bunlardan ən möhtəşəmi 2019-cu il 24-26 dekabr tarixlərində “Prezident Kuboku” Beynəlxalq döyüş Sənətləri Festivalı idi. Bundan öncə də bir dəfə bu festivalı təşkil etmişdik. Amma 2019-cu il keçirilən festivalda 9 döyüş növü üzrə 12 ölkədən 400- ə qədər iştirakçı olmuşdur . Nəzərə alsaq ki bu tip festifal ölkəmizdə ilk dəfə idi ki keçirilirdi, düşünürəm bunu böyük uğur hesab etmək olar.
Asosiasiyda üzvlük federasiyalara faliyətində heç bir məhdudiyyət qoymur , üzvlük haqqı tələb olunmur ,əksinə Assosiasiya üzvlərinin tədbirlərində iştirak və köməklik edir.
– Siz Assosiasiyaya üzv təşkilatlarla birlikdə Operativ Qərargaha müraciət etmisiniz. Səbəb nə idi?
– Məlumdur ki, pandemiya ilə əlaqədar ölkəmizdə idman zallarının fəaliyyəti artıq 11 aydır ki qadağan edilib . Qeyri Olimpiya növləri üzrə məşqçilər üçün bu qadağa təbii ki ciddi sosial çətinliklər yaratmışdır.Amma bununla belə biz qaydalara əməl edilməsi üçün böyük təbliğat və izahat işləri aparmışıq ki, hamı məhdudiyyətlərə əməl etsin. Başlanğıcda ümüd edirdik ki, bu məhdudiyyətlər müvəqqətidir və ötən ilin yay aylarında aradan qaldırılacaq. İmkan daxilin yardımlaşmaqla az da olsa çətinlikləri zəiflətməyə çalışmışıq. Lakin yayda bu baş vermədi, söhbətlər gedirdi ki payızda zalların fəaliyyətinə icazə veriləcək. O da olmadı . Son olaraq yanvar ayının 18 –də Operativ qəragahın qərarı isə bizi tam məyus etdi və biz artıq Federasiya rəhbəri olaraq məşqçilərə ,idmançılara nə deyəcəyimizi bilmədik . Çünki deyəcək bir söz qalmayıb. Görünür Operativ Qərargahda idman ictimaiyyətinin durumu barədə məlumatı olan heç kim yoxdur və ümumiyyətlə bu problem onları maraqlandırmır da. Baxın qeyri Olimpiya növləri üzrə məşqçilərin demək olar ki hamısı məşq keçmək üçün zalları icarəyə götürürlər . Bu aylar ərzində elə zal sahibləri var ki onlar məşqçiləri zaldan çıxartmışlar çünki, fəaliyyət olmadığı üçün icarə haqqı verə bilmirlər. Fəaliyyət olanda da bir qrupda 15 -25 idmançı yığılır. İcarə haqıı və digər xərcləri çıxanda məşqçilərə minimal əmək haqqı civarında pul qalır. Bir çox məşqçilərin bir neçə evladı var və ailəsi ancaq məşqlərdən əldə edilən o minimum pulla dolanır. Artıq 11 aydır bu məşqçinin evinə 1manat daxil olmursa bu məşqçi nə etməlidir? Necə yaşamalıdır? Yəqin ki hər kəs çətinliyin “dərəcəsini” başa düşər. Bir neçə dəfə təkliflər vermişik ki, böyük zallarda kontakt olmadan məqləri keçmək mümkündür ,ən azından bu şərtlərlə məşqlərə icazə verin . Dediyim kimi OQ-ın idman ailəsini heç düşünmək fikri yoxdur yəni, qərargah “operativ” adını doğrultmadı. Bu isə nəticədə böyük bir sosial problem yaradıb. Tezliklə problem aradan qaldırılmasa vəziyyət daha da çətinləşəcək.
Qaldı idman tərəfinə. Artıq may ayından etibarən keçiriləcək Dünya və Avropa Çempionatlarına dəvətlər almışıq. 11 ay fəaliyyətimizin olmaması nəticəsində isə ,İllər boyu zəhmətlə yetişdirdiyimiz idmançları demək olar ki itirmişik. Azərbaycan bu il, eləcə də gələn il bu yarışlarda necə nəticə verəcək ? Əlavə edim ki, elə qonşularımız olan ölkələrin heç birində bu müddət ərzində idman zalları tam bağlanmayıb.
Ona görə biz Operativ Qərargaha rəsmi müraciət etdik. Ümüd edirik ki tezliklər bu ciddi problem həllini tapar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı