ELM VƏ TƏHSİL

“ORTA ƏSR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” mövzusunda XIV elmi konfrans keçiriləcək

757

23-24 may 2015-cİ il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “ORTA ƏSR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” mövzusunda XIV elmi konfrans keçiriləcək. İştirakçılar aşağıda göstərilən mövzular üzrə materialları APREL AYİNA KİMİ institututa – konfransın təşkilat komitəsinə təqdim edə bilər. Mövzular: 1. Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi; 2. Mənbəşünaslıq, tarixşünaslıq; 3. Multidistiplinar əlyazmaların araşdırılması; 4. Kitabşünaslıq və biblioqrafiya problemləri və s. Materiallar AMEA M.Füzuli adına Əlyazmalar İnstitutuna (Az 1001, Bakı ş., İstiqlaliyyət küçəsi 26 ünvanına) çap və elektron formada təqdim olunur. İnstitut materialları qəbul edib, etməmək haqqında qərarı özü verir. Konfrans matyeriallarına verilən tələblər: Mətn A 4 formatda, 12 ölçülü “Times New Roman” şrifti ilə, 1,5 intervalda yığılmalı, 5-8 səhifə həcmində olmalıdır. Yuxarı, aşağı 2 sm., sağdan 3 sm., soldan 1 sm. məsafə buraxılmalıdır. Mətnin əvvəlində məruzəçinin adı, soyadı, təmsil etdiyi müəssisə, növbəti sətrdə məruzənin adı verilir. Ədəbiyyat siyahısı mətnin sonunda verilir. Mətnə 2 dildə (rus və ingilis) xülasə əlavə olunur. Xülasə 5 cümlədən artıq olmamalıdır. Xülasədə müəllifin adı, soyadı, təmsil etdiyi müəssisənin adı, məruzənin adı da qeyd edilir. Əlavə məlumat üçün: (012) 437-21-52, (050) 353-05-21

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı