İQTİSADİYYAT 2020.03.26 01:28

Ötən il qeydiyyata alınan qiymətli kağızlar açıqlanıb

97

2019-cu ildə ölkədə 11 milyard 155,5 milyon manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 671,9 milyon manat dəyərində korporativ istiqrazları, 1 milyard 489 milyon manat dəyərində səhmlər, 700 milyon manat dəyərində dövlət istiqrazları, 5990 ipoteka kağızı və 1 veksel dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 10 milyard 218,2 milyon manatlıq Mərkəzi Bankın notları, 2 milyard 062,2 milyon manatlıq korporativ istiqrazları, 659 milyon manatlıq dövlət istiqrazları və 242,8 milyon manatlıq səhmlər yerləşdirilib. 2019-cu ildə nominal dəyəri 990,8 milyon manat olan korporativ istiqrazları, 525,7 milyon manatlıq dövlət istiqrazları, 379,1 milyon manatlıq Mərkəzi Bankın notları və 181,5 milyon manatlıq səhmlər tədavüldə olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı