Bu gün Bakıda atəşfəşanlıq ilə keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarına 200 gün tədbiri ləğv olunur. Bu barədə Oyunların Təşkilat Komitəsindən bildirilib.
“Sizə bildirmək istəyirik ki, Qız qalasında bu axşam saat 20:00-da keçirilməsi planlaşdırılan “200 gün qaldı” tədbiri təxirə salınıb və çərşənbə günü noyabrın 26-sı baş tutacaq”.
Qeyd edək ki, bu gün saat 17 radələrində 30-35 yaşlı kişi Qız Qalasından özünü ataraq intihar edib.
