ƏSAS SƏHİFƏ

“Öz Peşəni Özün Seç” adlı yeni layihəyə start verilir

654

“ASAN Könüllüləri” Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçən “Öz Peşəni Özün Seç” adlı yeni layihəyə start verilir.
Layihənin əsas məqsədi yeniyetmələrə peşə seçimində köməklik göstərmək,seçəcəkləri peşə sahiblərinin peşəkarları ilə görüşdürmək,real işlə tanış etmək və onların arzuladıqları peşə ilə reallıqda olan peşə arasında oxşar və fərqli cəhətləri onlara çatdırmaqdır. Layihə boyunca müxtəlif məktəbləri ziyarət etməklə oradakı şagirdlərə bu mövzuda peşəkarlar tərəfindən təlimlər keçiriləcək və seçəcəkləri peşələr ilə praktiki cəhətdən tanış olacaqlardır.
Layihənin açılış mərasimi 24 noyabr saat 19:00-da 1saylı Bakı “ASAN xidmət” mərkəzində keçiriləcəkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı