DÜNYA 2020.10.19 01:00

Özbəkistanda koronavirusa yoluxanların sayı 63 mini keçib

71

Son sutka ərzində Özbəkistanda koronavirusa 321 nəfər yoluxub. Bununla da pandemiya dövründə virus daşıyıcılarının sayı 63 min 124 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gündə infeksiyadan 3 nəfər dünyasını dəyişib. Beləliklə, ölənlərin sayı 525 nəfər olub.

Qeyd edilir ki, xəstəxanalarda 2 min 519 pasiyent var.

Son 24 saatda virusdan 244, bu günədək isə 60 min 80 nəfər sağalıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı