CƏMİYYƏT 2020.10.11 09:46

Pakistan XİN: Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək

27

Bu yaxınlarda, Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət hadisədir. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcəkdir. Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən verilən açıqlamada deyilir.

“Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün bərqarar olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək”, – açıqlamada bildirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı