DÜNYA 2020.05.22 16:46

Pakistanda təyyarə qəzası: 107 nəfər öldü – Görüntülər – Yenilənib

19

“Pakistan hava yolları”na məxsus sərnişin təyyarəsinin Karaçi aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 107 nəfər ölüb.

Lenta.ru xəbər verir ki, bununla bağlı Karaçi meri məlumat verib.

15:02

Karaçidə yaşayış məntəqəsinə düşən “Airbus A320” təyyarəsinin göyərtəsində ümumilikdə 107 nəfər olub.

Bu barədə “The New York Times”ın verdiyi xəbərdən məlum olub.

“Göyərtəsində 99 sərnişin və 8 heyət üzvü olan RK 8303 təyyarəsi qəzaya uğrayıb”, – deyə, məlumatda bildirilib.

14:19

“Pakistan hava yolları”na məxsus sərnişin təyyarəsi Karaçi aeroportunun yaxınlığında qəzaya uğrayıb.

Bununla bağlı 360.tv xəbər yayıb.

Təsdiq olunmayan məlumata görə, göyərtədə 90-a yaxın adam olub. Əlavə edilir ki, hava gəmisi yaşayış məntəqəsinə düşüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı