“Palçıq vulkanlarının püskürməsinin 3D modelləşdirilməsi” mövzusuna dair məruzə

Fəlsəfə doktorluğu, magistr dissertasiya işlərini və buraxılış mövzularını yerinə yetirən, eləcədə şöbələrdə vakant vəzifələrə iddiası olan gənclərin elmi məruzələrinin dinlənilməsi məqsədilə AMEA Geologiya və Geofizika İnstitutda gənc alim və mütəxəssislərin “Elmi seminar”ının iş planı artıq rəhbərlik tərəfindən təsdiqlənmişdir.2015-ci ilin 4 mart tarixində keçiriləcək ilk elmi seminarda İnstitutun “Palçıq vulkanizmi”şöbəsinin mühəndisi A.R. Hüseynovun “Palçıq vulkanlarının püskürməsinin 3D modelləşdirilməsi” mövzusuna dair məruzəsi dinləniləcəkdir. Ekterimal və unkial təbii geoloji hadisə kimi qiymətləndirilən palçıq vulkanlarına aid maraqlı məruzəni dinləmək arzusunda olan gənclərimizi bu seminarda iştirak etməyə dəvət edirik.

Məruzənin dili: Rus dili

Seminar İnstitutun “Böyük akt zalı”nda (saat 15:00-da) keçiriləcəkdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here