CƏMİYYƏT 2020.05.17 20:55

Partiya sədrinin müavini: “Gültəkin Hacıyeva küçə jarqonunu bilən əsl “xuliqanka” imiş…”

348

Arzuman Abdulkərimov: “Həlledici məqamlarda olduğu kimi, bu dəfə də Əli “bəy”in “zaryatkası” qurtarır…”

Sosial şəbəkələrdə özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun videokonfransından görüntülər yayılıb. Başqalarından fərqli olaraq heç təəccüblənmədim. Çünki bu tiplərin iç üzünü yaxşı bilirəm. Özlərini kimlərəsə “milli” kimi sırımağı bacarsalarda, nə qədər antimilli olduqları mənə çoxdan bəllidir. Biz deyirdik söyüş terrorunun başında bunlar durur, biz deyirdik müxalifətdaxili intriqaları bunlar qızışdırır, biz deyirdik bunların fikri nə yolla olursa olsun, ölkədə xaos yaratmaqdır, bəziləri bizi qınayırdılar. Bu da sizlərə sübut”.

Bunu Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov deyib.

A.Abdulkərimov Milli Şura rəhbərliyini sərt tənqid edib: “Özünü efirlərdə müqəddəs və məsum Azərbaycan qadını kimi göstərən Gültəkin Hacıyeva sən demə, küçə jarqonunu bilən əsl “xuliqanka” imiş. Hətta biraz da qabağa gedərək məşhur serialı izlədiyinə görə “Azərbaycan xalqının canı cəhənnəmə” deməkdən belə çəkinmir. Hələ görün “Ədliyyə generalı” deyərək öydükləri, hüquq elmində hamya dərs verdiyi iddia olunan Vidadi Mirkamal nə ilə maraqlanırmış? Mafiya serialları ilə. Ay səni hüquqşunas!

Rafiq Manaflı isə özünü əsl “kabadayı” obrazında görərək, hər kəsin başının kəsilməyinə fətva verir, iyirminci əsrin ən qəddar cəlladı Hitlerə haqq qazandıraraq, onun kimi olmağa səsləyir. Beləlri utanmadan insan haqlarından danışanda bilmirsən nə deyəsən.

Cəmil Həsənli isə yuxarı başda oturaraq, kadra düşən qadının kimlyini gizlədəndən sonra bütün olanlardan məmnun olduğunu bildirir. Hamını iş başına, yəni klaviatura arxasına dəvət edərək Gültəkinin üç aya hakimiyyətə gəlmək istəyini reallaşdırmaq barədə tapşırıqlarını verir.

Bu yerdə isə, özünün bkokadada olduğunu iddia edən (yeri gəlmişkən, bəy deyirdi ki, internetini kəsiblər, bəs videokonfransa necə qoşulmuşdu?), həlledici məqamlarda həmişə olduğu kimi, bu dəfə də Əli “bəy”in “zaryatkası” qurtarır.

Bax beləcə növbəti dəfə də özlərini ifşa edərək, rəzil duruma düşdülər. Allah Azərbaycanımızı belələrindən qorusun!”

undefined

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı