İDMAN

Pirlo “Yuventus”un baş məşqçisi oldu

Andrea Pirlo İtaliyanın “Yuventus” klubunun baş məşqçisi təyin edilib. Azvision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı Pirlo “Yuventus”la iki illik müqavilə imzalayıb. O, baş məşqçi postunda bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəz edəcək.

Qeyd edək ki, Andrea Pirlo 2011-2015-ci illərdə “Yuventus”da çıxış edib. Turin klubunun heyətində 4 dəfə İtaliya çempionu olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı