CƏMİYYƏT 2020.03.26 23:12

Polislər Gəncədə əhali ilə profilaktik söhbətlər aparıb

75

Koronavirus pandemiyası ilə əlaqədar Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb.

Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.

Bundan başqa Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlər ilə də maarifləndirici söhbət aparıb.

Söhbət zamanı vətəndaşlara virusun yaxın məsafəli ünsiyyət zamanı yoluxma riskinin daha yüksək olduğu bildirilib.

Bundan başqa, əhaliyə mümkün qədər evdən çıxmamaq, zəruri hallarda çıxıldıqda isə tibbi maska, spirt və əlcəkdən istifadə edilməsi tövsiyə olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı