ƏSAS SƏHİFƏ

Praqada “Azərbaycan foto-kameranın gözü ilə” adlı sərgi açılıb

466

Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin himayəsi və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqada “Azərbaycan foto-kameranın gözü ilə” adlı sərginin təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev, Çexiya Parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip, Avropa Parlamentinin Çexiyadan olan üzvü Yan Zahradil və Azərbaycan-Avropa Cəmiyyətinin direktoru Lionel Zetter çıxış ediblər. Çıxışlarda iki ölkə arasındakı mövcud münasibətlərin müxtəlif aspektləri, o cümlədən mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Tədbirdə Çexiya Respublikasının müxtəlif dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra Azərbaycan-Avropa Cəmiyyətinin Mədəniyyət Məsələləri Şurasının üzvü, tanınmış skripka ifaçısı Sabina Rakçeyevanın ifasında Azərbaycan və dünya klassik əsərlərindən ibarət musiqi parçaları səsləndirilib. Eyni zamanda, tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

Sərginin keçirildiyi zallarda Azərbaycanın zəngin mədəniyyəti, insanların həyat tərzini nümayiş etdirən müxtəlif foto-şəkillər tədbirə gələn qonaqların böyük marağına səbəb olub.

İştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər, məlumat kitabçaları və broşürlər təqdim edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı