DÜNYA 2020.10.10 07:22

Prezident: Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdir

27

Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olub.

Prezident İlham Əliyev bu barədə “CNN International” televiziyasına müsahibəsində Azərbaycanın hazırda yürütdüyü kampaniyanın məqsədlərini bəyan edərkən bildirib.

“Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik”

Toqquşmalar gedən günlərdə Ermənistan ordusu tərəfindən 31 mülki şəxsin qətlə yetirildiyini, 200 nəfərə yaxın insanın yaralandığını, mindən çox evin dağıdıldığını və ya onlara ciddi ziyan dəydiyini diqqətə çatdıran Azərbaycan Prezidenti deyib: “Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı