ELM VƏ TƏHSİL

Prezidentin tapşırıqlarının icrasına başlanıldı – Tarix İnstitutu

397

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında verdiyi tapşırıqların icrasına başlayıb.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, Tarix İnstitutunun Elmi Şuranın növbəti iclasında “Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” adlı yeni kitabın nəşrə hazırlanması üçün tarixçi-alimlərə konkret tapşırıqlar verilib: “Ölkə başçısı tərəfindən tarixçi-alimlərin qarşısına olduqca məsul vəzifə qoyulub. Cənab Prezident Tarix İnstitutunda aparılan tədqiqatların birbaşa təşəbbüskarıdır. İnstitutdakı araşdırmalar dövlət başçısının çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.

Tarix İnstitutundan qeyd edilib ki, Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunacaq kitabın müəllif heyəti məyyənləşdirilib.

Xatırladaq ki, Prezident nitqində müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılması vaxtının gəlib çatdığını qeyd etmişdi: “Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı