CƏMİYYƏT 2020.05.22 18:14

Prokurorlar üçün daha bir “yaşıl işıq” yandırılır – Yenilik

29

Azərbaycanda prokurorların səlahiyyətləri artırılır.

Bununla bağlı Cinayət Prosessual Məcəlləsinə əlavə təklif edilir.

Hazırda Məcəllənin 84.9-cu maddəsində yazılır ki, prokuror Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina edə bilər.

Prokuror bu qaydalara riayət etməklə bəzi hüquqlara da malikdir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurorun göstərişlərini yerinə yetirməlidir.

Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməkdə haqlıdır.

Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və öz yazılı göstərişlərini geri götürür.

Əks təqdirdə, onun dəlilləri ilə razılaşmayaraq, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır.

Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.

Qanun layihəsinə əsasən isə, prokurora daha bir hüquq verilir. Təklif olunan 84.6.9-1-ci maddəyə görə, prokuror şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsifini təklif edə bilər.

Həmçinin prokurora şəxsə irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ verilir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Oxu.Az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı