DÜNYA 2020.11.09 21:50

Putin 4 naziri vəzifədən azad edib: Siyahıda Novak da var

21

Rusiya Prezidenti Vladimir Putin hökumətin tərkibində bır sıra dəyişikliklər edib.

Trend-in məlumatına görə, Prezidentin fərmanları ilə Rusiyanın Energetika naziri Aleksandr Novak, Tikinti və mənzil-kommunal təsəsrrüfatı naziri Vladimir Yakuşev, Nəqliyyat naziri Yevgeni Ditrix və Təbii ehtiyatlar və ekologiya naziri Dmitri Kobılkin vəzifələrindən azad edilib.

Bundan başqa, baş nazirin müavinlərinin sayı 10-dək artırılıb. Energetika naziri Aleksandr Novak baş nazirin müavini təyin olunub.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı