ƏSAS SƏHİFƏ

“Qəbələ” komandası Ukraynanın “Dinamo”, Albaniyanın “Kukesi” və Avstriyanın “Lints” klubları ilə qarşılaşacaq

117

Yeni mövsümə hazırlığın ilk mərhələsini başa vuran “Qəbələ” komandası ikinci təlim-məşq toplanışına iyunun 27-də start verəcək. “Qırmızı-qaralar” məşqlərini Avstriyanın Zalsburq bölgəsində keçirəcəklər. Komandamız iyulun 9-dək davam edəcək hazırlıqlar çərçivəsində üç yoxlama matçında qüvvəsini sınayacaq.“Qəbələ” kollektivi iyunun 30-da Albaniyanın “Kukesi”, dörd gün sonra Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələrinin toplanışdakı son rəqibi Avstriyanın “Lints” komandası olacaq. Bu oyun iyulun 8-də təşkil ediləcək.Xatırladaq ki, 2017/2018-ci illər mövsümünə hazırlığına iyunun 3-də Bakıda başlayan “Qəbələ” ayın 7-dən 23-dək Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışı keçirib və beş yoxlama görüşünə çıxıb.Bu arada heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir transfer edib. Klub Hollandiyanın “Den Haaq” komandasından Surinam əsilli hollandiyalı müdafiəçi Dion Maloneni ilə iki illik müqavilə imzalayıb.

azertac.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı