RƏSMİ 2019.09.17 16:36

Qənirə Paşayeva medallara layiq görüldü

88

Millət vəkili Qənirə Paşayeva Nuru Paşanın rəhbərliyi altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakını işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvətilə ölkəmizə gələn Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin Ehtiyatda Olan Zabitlər Dərnəyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının və başqa dərnəklərin üzvləri ilə görüşüb.

Görüşdə çıxış edən Q.Paşayeva şəhidləri hər zaman böyük sevgi və sayğı ilə yad edəcəklərini deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı haqda məlumat verən deputat Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb.

O, iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıb.

Görüşün sonunda millət vəkili tədbir iştirakçılarına Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr bağışlayıb.

Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin Ehtiyatda Olan Zabitlər Dərnəyi, Türkiyə Müharibə Veteranları Birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Müqavimət Hərəkatının üzvləri hər zaman Azərbaycanın yanında olduqları bildiriblər və hər bir təşkilat millət vəkili Q.Paşayevaya xatirə medallarını təqdim edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı