RƏSMİ 2020.02.13 11:44

Qənirə Paşayeva Milli Məclisin spikeri olacaq?

7.2K

Məlum olduğu kimi 9 fefralda Azərbaycanda Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirildi. Artıq MSK tərəfindən mandat qazanan namizədlərin siyahısı açıqlanıb. Milli Məclisdə 125 nəfərlik deputat yeri dəqiqləşdiyinə görə prosesin növbəti mərhələsinə keçid gündəmin diqqətindədir. Bəs, spiker və müavinləri kim olacaq? Hazırda günün sualı budur.

Spikerliyə ən layqli namizəd olaraq 105 saylı Tovuz seçki dairəsindən deputat seçilmiş Qənirə Paşayevanın adı hallanır.

Manevr.az bildirir ki, Qənirə Paşayeva beynəlxalq aləmdə, o cümlədən türkdilli dövlətlər arasında xeyli müsbət imicə malikdir. Qarabağ problemi barədə danışıqlarda Q. Paşayevanın iştirakı, dolğun və əhəmiyyətli çıxışları, yeri gəldikdə tutarlı cavabları, eləcə də bu günə qədərki siyasi fəaliyyəti onun spiker olmasına rəvac verir. Və spiker kimi daha böyük addımlar atmağa imkan yaradır. Q.Paşayevanın müstəqil ölkəmizi xaricdə sipiker kimi təmsil etməsinin müsbət dəyişikliklərə və uğurlu nəticəlrə yol açacağı siyasi ekspertlər tərəfindən proqnozlaşdırılır. Onun ölkəmiz üçün əhəmiyyətli məsələlərdə söz sahibi olacağı da vurğulanır.
Ekspertlərin fikrincə, həm də Q. Paşayeva dil qabiliyyətinə, natiqlik məharətinə, çətin və bəzən də gözlənilməz vəziyyətdən çıxma bacarığına görə üstünlüyünü qoruyur. Bu da müxtəlif peşə sahiblərinin cəm olduğu Milli Məclisdə çox vacibdir.

Qeyd edək ki, Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. Bu seçkiyə qədər 2005-ci ildən Milli Məclisin deputatıdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür. Gürcüstanın fəxri vətəndaşıdır.

Spikerin müavinləri kim olacaq və ya kimlərin olmasını istərdiniz?

Namizəd olaraq 3 deputatın adı hallanır.

1.Ziyafət Abbasov – Naxçıvan icmasının

2.Etibar Əliyev -Qərbi azərbaycanlıların

3.Ceyhun Məmmədov- Qarabağ icmasının təmsilçisi kimi daha çox şanslıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı