CƏMİYYƏT 2020.10.13 13:31

Qətər səfiri: Qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik

45

Gəncə şəhərində hadisə yerində olduq. Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir. Qətərin mövqeyini bir daha ifadə edərək bildirirəm ki, biz qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

Trend-in məlumatına görə, bunu Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab deyib.

Səfir bildirib ki, təkcə ərəb dövlətləri deyil, bütün sivil ölkələr mülki əhalinin hədəfə alınmasına qarşıdır. Biz illər boyu davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasını arzulayırıq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı