ƏSAS SƏHİFƏ

“Qadın ətri” – Gənc rəssamların sərgisi

939

Noyabr ayının 24-ü, “Art Villa” qalereyasında “Qadın ətri” adlı sərgi keçiriləcək. Sərgi Gənclər Şəbəkəsinin təşəbbüsü və Arts Council Azərbaycan (İncəsənət Konsulluğu) dəstəyi ilə təşkil olunub.

“Qadın ətri” adlı sərgi Gənclər Şəbəkəsinin 1 illik Ad günü münasibətinə həsr olunub. Sərgidə müxtəlif üslubda və müxtəlif texnikada işlənilmiş sənət əsərləri; rəngkarlıq, fotoqrafiya, qobelen, heykəltəraşlıq nümünələri təqdim olunacaqdır. Hər bir kompozisiya özünəməxsus manerada işlənilib. Onları birləşdirən “Qadın ətri” mövzusu hər bir əsərdən gözəllik, incəlik duymağa imkan yaradır.

Sərgidə Gənclər Şəbəkəsin üzvləri Salamov Zöhrab, Hüseynova Lalə, Mehdiyev İmran, Məhərrəmova Aişə, Abbasov Fəxri, Mürvətova Arzu, Rzayev Zamin, Musayeva Nəzrin, Həsənov Eldar, Xəlilova Nurziyyə, Bayramov Daşqın, Qarayeva Fəridə və başqaları iştirak edirlər.

Sərgi iki gün ərzində davam edəcək. Rəsmi açılış saat 24 noyabr saat 19:00-da olacaq. Giriş sərbəstdir.

Vaxt: 24-25 noyabr saat 19:00

Məkan: “Art Villa”

Baku AZ1001, Həsən Səyidbəyli, 1, Bakı
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı