“Qadın böyük qüvvədir” turniri qeyd edildiyi kimi sadəcə xanımlar üçün nəzərdə tutulmuşdu.15 komandanın iştirak etdiyi yarışda 24 sualın sonunda 15 xal toplayan “3Nur” və “Angels of ASPU” komandaları birincilik uğrunda mübarizə apardılar.Səslənən əlavə suallar nəticəsində ADPU Debat Klubunu təmsil edən 3 Nur komandası günün qalibi adını qazandı. İkinci pillənin sahibi “Angels of ASPU” komandasının oldu. Üçüncülüyü isə 14 xalla “Claranın nəvələri” komandası əldə etdi.Qalib komandalar diplom, medal və müxtəlif hədiyyələrlə təltif olundular. Birinci yerin sahibinə isə turnirin baş mükafatı olan kubok təqdim olundu.
Qaliblər başda olmaqla yarışda iştirak edən bütün xanımlara təşəkkür edir və ADPU İntellektual Oyunlar Klubu adından bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik.
