ƏSAS SƏHİFƏ

“Qadın üçün 16 gün” adlı yazı və video müsabiqə

1.3K
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəaliyyət” 1991-ci ildə Qlobal Qadın Liderliyi Mərkəzinin dəstəyi və Qlobal Qadın Liderliyi İnstititunun təşəbbüsü ilə başlayan beynəlxalq kampaniyadır.
Zorakılıq fəkcə fiziki deyil, iqtisadi, psixoloji formalarda da bash verir və qadınların rifahına birbaşa təsir edir.
Oxfam Azərbaycanın həyata keçirdiyi “Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyini təkmilləşdirmə” layihəsi gender həssaslı milli ərzaq və qidalanma strategiyalarının hazırlanamsı və inkişafını nəzərdə tutur. Genderə həssas startegiya layihə fəaliyyətinin əsas hissəsini təşkil edir. Bu baxımdan, Oxfam Azərbaycan Gender Əsaslı Zorakılığa qarşı 16 günlük kampaniya müddətində qadınların/qadın fermerlərin ərzaq təhlükəsizliyinin komponentləri üzrə üzləşdiyi problemləri araşdırmaq və ictimaiyyətin diqqətini bu sahədə olan problemlərə yönəltmək üçün qadınların ərzaq təhlükəsizliyindəki rolu ilə bağlı “Qadın üçün 16 gün” adlı yazı və video müsabiqə elan edir.
İştirakçılar
 
Müsabiqədə jurnalistlər, vətəndaş jurnalistikası ilə məşğul olanlar, QHT nümayəndələri, iqtisadi və sosial araşdırmaçılar, araşdırma mərkəzləri/tədqiqat institutları iştirak edə bilər.
Müsabiqə mövzuları
1. Qadınların ərzağa əlçatanlığında üzləşdiyi maneələr (iqtisadi, fiziki, hüquqi və s)
2. Ərzaq təhlükəsizliyi və digər kənd təsərrüfatı ilə bağlı son dövrlərdə həyata keçirilən siyasi islahtlar qadınların/qadın fermerlərin rifahına necə təsir edib?
3. Qadınların təhlükəsiz qida təminatındakı rolu Azərbaycanda əhalinin sağlam inkişafına necə təsir edir?
4. Qadınlara qarşı zorakılığın iqtisadi təsiri nədir?
5. Qadın fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalında rolunu məhdudlaşdıran amillər və onun aradan qaldırlması yolları
Metod
 
Araşdırma, analitik məqalə, bloq post, video reportaj
Yazı formatı
• 1500 sözdən çox olmamalı;
• Mətn Times New Roman14, sərlövhələr 16 şriftlə yazılmalı;
• İstifadə olunan mənbələr qeyd olunmalı;
• İşlənmiş və dərc olunmuş mövzular təqdim oluna bilməz;
• Plagiat yolverilməzdir;
Video
• Sənədli olmalı;
• 5 dəqiqədən çox olmamalı;
• Yüksək keyfiyyətli video çəkiliş olmalı;
• Orijinal kadrlar olmalı (digər şəxslərin çəkdikləri kadrlardan/kino və s istifadə edilə bilməz)
İştirak və seçim
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər özü və seçdiyi mövzu ilə bağlı Oxfama ərizə forması ilə müraciət etməlidir.
Qaliblər Münsiflər heyəti tərəfindən seçiləcək.
Müsabiqə üçün hazırlanan materialların keyfiyyətini və müsabiqə şərtlərinə uyğunluğundan əmin olmaq üçün öncə Oxfam Azərbaycan Nümayəndiliyinə təqdim olunmalı və daha sonra mediada işqılandırlmalıdır.
Müsabiqə üçün təqdim oluna yazı və video materialın mediada işıqlandırılması iştirakçının öhdəliyidir.
İştirakçıların mediada ərzaq təhlükəsizliyi və qadınların rolu ilə bağlı məlumatlandırma kampaniyasında aktiv iştirakı nəzərdə tutulur.
Seçim meyarları
 
Üstünlük araşdırmanı aşağıdakı meyarlara uyğun aparılanlara veriləcək
• Mövzuya uyğunluğu
• Ilkin araşdırma (insan hekayələri)
• Statistik məlumatları analiz etmək
• Balans prinsipinə əməl etmək
• Cari vəziyyəti və nəticələri analiz etmək
• Təkliflər irəli sürmək (digər uğurlu təcrübələri qeyd etmək və s)
• Mənbələri qeyd etmək
Mükafat
 
Yazı müsabiqəsinin qaliblərinə müvafiq olaraq 1-ci yer 300 AZN, 2-ci yer- 200 AZN və 3-cü yer üçün 150 AZN pul mükafatı veriləcək.
Video müsabiqə üçün yalnız bir yer nəzərdə tutulub – 300 AZN.
Tələb olunan bacarıqlar
 
• QHT-ni təmsil etməli
• Media qurumunu təmsil etməli (sosial media/bloqqer)
• Sosial məsələrlə bağlı yazı/iş təcrübəsi olmalı
• Sosial məslələrlə bağlı mətbuatda iş təcrübəsi
• Analitik və tənqidi düşüncəni tətbiq etməli
• Ilkin araşdırma aparamağı bacarmalı
İşıqlandırma
 
Müasbiqəyə təqdim olunan yazı və video materiallarda donor təşkilatın və icra olunan layihənin adını qeyd etməlidir.
Materialları 10 Dekabr 2014 –ci il 17:00-dək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı