ƏSAS SƏHİFƏ

Qadınların yaddaşı daha güclü imiş

533

Qadınların yaddaşının kişilərdən daha güclü olduğu ortaya çıxıb

ABŞ-dakı Mayo Klinikasının araşdırmasına görə qadınların yaddaşının kişilərinkindən daha yaxşı olduğu təsbit olunub. Araşdırmaya 30-95 yaş arasında olan 1246 orta yaşlı şəxs qatılıb. İştirakçıların 30 yaşından etibarən yavaş-yavaş, 60 yaşından sonra isə sürətlə kiçilən beyninin yaddaşla bağlı hissəsinin həcmi araşdırılıb.

Araşdırmada kişilərin yaddaşının 40 yaşından sonra qadınlara görə daha tez zəiflədiyi aşkar olunub. Elm adamları ostrogen hormonunun qadınların yaddaşını qorumasına kömək etdiyi qənaətinə gəliblər.

Qeyd edək ki, ostrogen hormonu qadınların yüksək ağrıya dözməsinəa kömək edən hormondur. Bu hormonun həm qadınlarda, həm də kişilərdə olmasına baxmayaraq, hamiləlik zamanı qadınlarda daha da çoxalır.

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı