ƏSAS SƏHİFƏ

« Qafqaz / İsrail, müşahidələrin nəticələri » adlı konfrans keçiriləcək

710

Fransız Anadolu Araşdırmaları İnstitutunun elmi tədqiqatçısı, Bakı Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Adelin Bro dekabr ayının 11-si, Cümə axşamı, saat 18.30-da Azərbaycan Fransız İnsititutunda « Qafqaz / İsrail, müşahidələrin nəticələri » adlı konfrans keçirəcək.
Konfrans fransız dilində aparılacaq və Azərbaycan dilinə tərcümə olunacaq.

Konfransın xülasəsi

Qafqaz/ İsrail : Təcrübənin nəticələri

1980 və 2003-cü illər ərzində, İsrailə keçmiş Sovet İttifaqı ölkələrindən təxminən bir milyon insan gəlib.Keçmiş Sovet İttifaqından gələn bütün yəhudilər Rusiyadan olmasalarda, onların böyük əksəriyyəti hələ də rus dilinə qarşı çox güclü bağlılıq nümayiş etdirirlər və sahib olduqları birgə keçmiş, sovet və post-sovet mədəniyyəti onlara İsraildə öz təcrübələrini qurmağa çox kömək edir.

Onların arasında”Kavkazim” (Şərqi Qafqaz əsilli, “Dağ yəhudiləri”) İsrail cəmiyyətində çox az görünür.
Görünür ki, onlar paralel şəbəkələrdə inkişaf edirlər və başqa bir dünyaları var ki,oraya davranış qaydalarını formalaşdıran bütün şəxsiyyətlərin giriş hüququ var : Yəhudilər vəİsrail vətəndaşları, onlar da qafqazlıdırlar,post–sovet vətəndaşları; moskvalılar, dərbəndlilər, qubalılar (Quba), və s. Onların əksəriyyəti həmçinin, keçmiş Sovet İttifaqı yəhudilərinin və digər yəhudilərin tanımadığı çoxşəkilli transmilli şəbəkələrə inteqrasiya olunub.

Konfrans, 2014-ü ilin noyabr ayında Yoann Morvan (Aralıq dənizi Etnologiya və Avropa / müqayisəliEks-Marsel İnstitutunda elmi işçi) ilə İsraildə aparılan sahə araşdırmalarından əldə olunan məlumatlar əsasında təşkil olunacaq. Bu aparılan iş Yerusəlimdə Fransız Araşdırma Mərkəzində konfrans və seminar məvzusu olmuşdur.
http://www.crfj.org/…).

Fransız Anadolu Araşdırmaları İnstitutunun və Yerusəlim Fransız Araşdırma Mərkəzinin internet səhifəsində tezliklə məqalə nəşr olunacaq.

Konfrans fransız dilində aparılacaq və Azərbaycan dilinə tərcümə olunacaq

Ünvan: Fuzuli küç 67 , ( Tapmasanız bu nömrə ilə əlaqə saxlaya bilərsiz 012 596 35 80. Məlumatı, dialoq.info-dan aldığınızı qeyd edərsiniz)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı