İDMAN 2020.09.16 21:30

“Qalatasaray” azərbaycanlı fanatlarına təşəkkür etdi

40

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyun üçün bu gün Bakıya gələn Türkiyənin “Qalatasaray” klubu azərbaycanlı azarkeşlərin münasibətindən razı qalıb.

Bununla bağlı rəsmi “Twitter” hesabında paylaşım edən İstanbul təmsilçisi fanatlara təşəkkür edib.

Paylaşımda bu sözlər qeyd olunub: “Bu möhtəşəm qarşılama üçün təşəkkürlər, böyük “Qalatasaray” tərəfdarı! Həyatın mənası, “Qalatasaray”.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da start götürəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı