Qanvermə aksiyası

Mart ayının 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 95 illik yubileyi qeyd olunur. Bununla bağlı AzQAC region və rayon Bölmələri vasitəsilə silsilə tədbirlər təşkil olunacaq.
Belə tədbirlərdən biri mart ayının 2-də Mərkəzi Qan Bankında (Nəsimi bazarın yaxınlığında) qanvermə aksiyasıdır. Bununla əlaqədar hər kəsi AzQAC-a dəstək olmaq üçün bu aksiyaya dəvət edirik. Aksiya saat 10.00-15.00 qədər keçiriləcək. Aksiyada toplanan qan talassemiya və digər qana ehtiyacı olan insanlara veriləcək.
Aksiyada iştirak edib, qan verən insanlara arayış təqdim ediləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here