MƏDƏNİYYƏT 2020.05.15 13:49

“Qapını qırıb, məni təpiklədi” – Aktrisa gördüyü şiddətdən danışdı

57

“Eşkiya dünyaya hükümdar olmaz” serialında rol alan aktrisa Sevcan Yaşar aktyor sevgilisi Sermiyan Midyat tərəfindən döyülməsindən danışıb.

Musavat.com xəbər verir ki, polisə sevgilisindən fiziki və mənəvi şiddət gördüyünü deyən aktrisa səssizliyini pozaraq məsələ barədə açıqlama verib: “Mayın 4-də ayrılmaq istədiyimi dedim. Əşyalarımı yığanda şiddətə məruz qaldım. Hamama gizləndim və polisi yığdım. Bunu eşitdikdə Sermiyan qapını qırdı. Üstümə düşən qapı üzümdə və bədənimdə ciddi izlər qoydu. Daha sonra məni təpikləməyə başladı, sonra isə qolumdan tutaraq qapının qarşısına atdı. Qapıçı mənə kömək etdi, sonra polis gəldi. Ekspertizaya aparıldım, rəydə hər şey öz əksini tapıb”.

Qeyd edək ki, 16 yaş fərqi olan cütlük daha öncə də aralarındankı yaş fərqinə görə gündəmə gəlmişdi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı