CƏMİYYƏT 2020.10.17 11:30

“Qarabağ böyük quruculuq dönəminə daxil olur”- Füzulinin deputatı

29

“Erməni quldurlarının Gəncə şəhərində törətdikləri terror hadisəsi zamanı dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək Füzuli şəhərinin və kəndlərinin işğaldan azad olunması münasibəti ilə bütün füzulilərə, xalqımıza göz aydınlığı verirəm”.

Bu barədə Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, bu gün Füzuli rayonunun tarixinin ən şərəfli günlərindəndir: “Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu! Var olsun mərd və qorxmaz xalqımız! Füzuli daxil olmaqla bütün torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin, yaralananlara isə Allahdan şəfa diləyirəm.

Qarabağ böyük quruculuq dönəminə daxil olur. Erməni quldurları tərəfindən dağıdılmış Füzuli şəhəri, kəndlərimiz və bütövlükdə işğaldan azad olmuş bütün torpaqlarımız qısa zamanda bərpa olunacaq və yenidən Qarabağımıza həyat qayıdacaq. Qarabağ Azərbaycandır və əbədi bizim olacaq!”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı