DÜNYA 2020.11.11 14:09

“Qarabağda ağaclar əkməyə başlayaq” – Ərdoğan

27

Azərbaycan Ordusunun son 40 gündə apardığı mücadiləni, 30 ilə yaxındır işğaldakı torpaqlarını Ermənistandan yenidən geri almasının həyacanını eyni şəkildə yaşadıq. İki dövlət bir millət olaraq bütün səylərimizi ortaya qoyduq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gələcəğə nəfəs, dünyaya nəfəs” beynəlxalq ağacəkmə kampaniyası zamanı deyib. Ərdoğan bildirib ki, bundan sonra da iki dövlət bir millət olaraq bu yolla gedəcəyik.

Tədbirdə Azərbaycanla canlı bağlantı olub. Ərdoğan Azərbaycanın Baş Naziri Əli Əsədovu, Xarici İşlər naziri Ceyhun Bayramovu və Bakıda olan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunu salamlayıb. Bildirib ki, bu ağaclar tezliklə işğaldan azad edilmiş Qarabağ torpaqlarında əkiləcək.

“Qarabağ Azərbaycan qardaşlarımızın təkrar dönəcəyi torpaq olacaq. Orada ağacları həmən əkməyə başlayaq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı